Azərbaycan və Macarıstan hökumətlərarası iclasının yekunlarına dair protokol imzalanıb

Azərbaycan və Macarıstan hökumətlərarası iclasının yekunlarına dair protokol imzalanıb
# 28 iyun 2016 11:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda keçirilən Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının sonunda iki ölkə arasında protokol imzalanıb.

APA-Economics”in məlumatına görə, sənədi Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto imzalayıblar.

Sənədə əsasən, iki ölkə arasında ticarət-iqtisadi, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, təhsil, turizm, ətraf mühitin mühafizəsi, su təsərrüfatı, İKT, nəqliyyatın idarə edilməsi, mədəniyyət, təhsil, səhiyyə, gənclər və idman, elm, sosial müdafiə və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. Tərəflər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində istehsal edilmiş məhsul və xidmətlərinin Azərbaycanın müvafiq dövlət orqanları tərəfindən verilmiş mənşə sertifikatlarının müşayiəti olmadan Macarıstan bazarına daxil olmasına yol verilməməsinin təmin olunması barədə razılığa gəliblər. Macarıstan tərəfi, həmçinin, öz hüquqi və fiziki şəxslərinə Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sərmayə və xidmətlərlə bağlı fəaliyyətdən çəkinmələri üçün məlumat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR