“Azerbaijan Art Festival - 2014” layihəsi Yardımlıda təqdim olunub

“Azerbaijan Art Festival - 2014” layihəsi Yardımlıda təqdim olunub
# 08 iyul 2014 16:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Azerbaijan Art Festival - 2014” layihəsi çərçivəsində Yardımlıda sərginin açılışı olub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, açılışda çıxış edən xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, mədəni-kütləvi tədbirlərin ucqar rayonlarda təşkil olunması müsbət addımdır və bu cür layihələr gələcəkdə daha da genişlənməlidir.

Sərgidə Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fəqanə Əliyeva, Vüsalə Ağarazıyeva, Mehriban Şəmsəddinskaya və s. rəssamların əsərləri nümayiş etdirilib.

İyulun 1-dən 30-dək keçiriləcək turnedə ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonları yer alıb. Adları çəkilən regionlarda sərgilər və rəssamlar tərəfindən ustad dərslər keçiriləcək.

Qeyd edək ki, tədbirlər “Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile”nin baş sponsorluğu ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR