Dünya fond bazarlarında əksər səhmlər bahalaşıb

Dünya fond bazarlarında əksər səhmlər bahalaşıb
# 13 mart 2015 06:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,47% - 17 895,22 bəndədək, S&P 500 1,26% - 2 065,95 bəndədək, NASDAQ 0,89% - 4 893,29 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,59% - 6 761,07 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,21% - 4 987,33 bəndədək, Almaniya DAX-ı 0,06% - 11 799,39 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,44% - 19 263,67 bəndədək, Hang Seng 0,32% - 23 873,57 bəndədək, Shanghai 0,52% - 3 366,57 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 6,60 dollar bahalaşaraq 1 158,50 dollara, gümüş isə 0,10 dollar bahalaşaraq 15,62 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR