Azərbaycanın 15-ə yaxın rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın 15-ə yaxın rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 10 sentyabr 2014 07:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 15:00-dək Samux və Yasamal rayonlarının, saat 16:00-dək Xızı rayonunun, saat 18:00-dək Mingəçevir şəhərinin, Nizami, Sabunçu, Quba, Göyçay, Cəlilabad, Şəmkir rayonlarının, təmir işləri başa çatanadək isə Nəsimi, Xəzər, Xətai, Yevlax rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR