DSX rəisi Elçin Quliyev “Sərhədçi” olimpiya mərkəzinin idmançıları və məşqçiləri ilə görüşüb - VİDEO

DSX rəisi Elçin Quliyev “Sərhədçi” olimpiya mərkəzinin idmançıları və məşqçiləri ilə görüşüb - <span style="color: red;">VİDEO
# 07 iyul 2015 10:23 (UTC +04:00)

Bakı – APA. Dövlət Sərhəd Xidmətinin Aparatında «Sərhədçi» idman olimpiya mərkəzinin idmançıları və məşqçiləri ilə görüş keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşun­la­rı­nın komandanı, general-polkovnik Elçin Quliyev Birinci Avropa Oyunları­nın uğurla keçiril­məsinin dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi, ölkədə idmanın inkişafı üçün əhəmiyyətini önə çəkərək qaza­nılmış möhtəşəm qələbələr münasibəti ilə idmançıları təbrik edib.

Sərhədçi idmançıların gələcək yarışlara hazırlıq və uğurlu iştirak məsələlərinə həsr olunmuş görüşdə «Sərhədçi» idman olimpiya mərkəzinin məsul vəzifəli şəxslərinin məruzələri dinlənilib, «Sərhədçi» idman olimpiya mərkəzinin paytaxt sakinlərinin, xüsusən də gənclərin sevimli idman ocağına çevrilməsi, mərkəzdə 17 mindən artıq idman həvəskarının məşq etməsi, mərkəzin idmançılarının dünya və Avropa birincilik­lərində, beynəlxalq və respublika turnirlərində 375 qızıl, 270 gümüş, 404 bürünc medal qazanmaları və bu göstəricilərin ildən-ilə artım dinamikası müsbət nailiyyət kimi qeyd olunub.

Görüş zamanı Birinci Avropa Oyunlarında və digər mötəbər beynəlxalq yarışlarda qalibiyyət qazanmış sərhədçilərə medallar, ilkin və növbəti hərbi rütbələr təqdim olunub, idmançılara hərtərəfli şəraitin yaradılması və zəruri dəstəyin göstərilməsi barədə müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR