Bu gün Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək

Bu gün Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək
# 30 iyun 2016 05:24 (UTC +04:00)

Bakı-APA. Bu gün AÇ-2016-da 1/4 final mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək.

Qrup mərhələsində xal baxımından Almaniyadan geri qalmayan polyaklar iddialarını davam etdirmək arzusundadırlar. 1/8-də İsveçrəni penaltilər seriyasında üstələyən Polşa millisində özünəinam hissi artıb. Komanda oyununa güvənən polşalılar Portuqaliyaya problem yarada bilər.

Öz növbəsində, Portuqaliya da matça qələbə üçün çıxacaq. Avro-2004-də gümüş medallara sahib çıxan pireneylilər AÇ-2012-də bürünc medallara yiyələnmişdilər. Kriştianu Ronaldo və komanda yoldaşları bu dəfə qızıl mükafata iddialıdırlar. Portuqaliya yığması qrup mərhələsini yaxşı keçirməsə də, hələ AÇ-2016-da məğlubiyyət acısı dadmayıb. 1/8 finala qrup üçüncüsü kimi adlayan “Avropanın Braziliyası” bu mərhələdə güclü Xorvatiya yığmasını mübarizədən kənarlaşdırıb.

Avropa çempionatı - 2016

1/4 final mərhələsi

30 iyun

23:00. Polşa - Portuqaliya

Baş hakim: Feliks Brıx

Marsel. “Velodrom” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR