ABŞ-nin Nyu-York şəhərində metro stansiyasında 30 yaşında olan kişi güllələnərək öldürülüb.
APA xəbər verir ki, Nyu-York Polis İdarəsinin məlumatına görə, hadisə oktyabrın 17-də yerli vaxtla saat 12:21 radələrində Manhettenin mərkəzində yerləşən “53-cü küçə – Yeddinci avenyu” metro stansiyasında baş verib.
Naməlum şəxs E xətti üzrə şimal istiqamətində hərəkət edən qatarların platformasında kişiyə atəş açıb və hadisə yerindən qaçıb.
Polis şübhəli şəxsin müşahidə kameraları vasitəsilə əldə edilən görüntülərini yayımlayıb.
Hüquq-mühafizə orqanları şübhəlinin yerinin müəyyənləşdirilməsinə kömək edə biləcək məlumatı olan şəxslərə polisə müraciət etmək çağırışı edib.
Hadisə ilə bağlı araşdırma aparılır.