Şirin Ebadi Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak edəcək

Şirin Ebadi Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak edəcək
# 15 aprel 2013 10:05 (UTC +04:00)

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Şirin Ebadi Bakı neftinin kapitalı əsasında yaradılmış Nobel mükafatı alan ilk azərbaycanlıdır. Şirin Ebadiyə Nobel Sülh Mükafatı 2003-cü ildə demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə Bakıda təşkil edəcəyi Cənubi Qafqaz Forumunda 200-dən artıq nüfuzlu elm adamları, strateqlər, eləcə də dünyanın 50-dən çox ölkəsindən 30-dan çox sabiq ölkə və hökumət rəhbəri, iştirak edəcək.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR