Sabir Rüstəmxanlı: “Bütün etirazlara baxmayaraq, DAK Güney Azərbaycan məsələsini gündəmdə saxlayacaq”

Sabir Rüstəmxanlı: “Bütün etirazlara baxmayaraq, DAK Güney Azərbaycan məsələsini gündəmdə saxlayacaq”
# 01 fevral 2013 13:02 (UTC +04:00)

APA-nın məlumatına görə, qurumun həmsədri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yanvarın 18-19-da keçirilən İdarə Heyətində verilən qərarların əhəmiyyətindən danışıblar. S. Rüstəmxanlı bildirib ki, İdarə Heyətinin yığıncağında Güney Azərbaycanda, ümumilikdə isə İranda baş verən son hadisələr, Gürcüstandakı azərbaycanlıların problemləri, Gülüstan müqaviləsinin imzalanmasının 200 illiyi çərçivəsində tədbirlərin keçirilməsi beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

S. Rüstəmxanlı diqqəti İranın Azərbaycandakı səfirliyinin fəaliyyətinə yönəldərək, deyib ki, bütün etirazlara baxmayaraq, DAK Güney Azərbaycan məsələsini gündəmdə saxlayacaq. O qeyd edib ki, bu il ölkə və dünya miqyasında Azərbaycanın parçalanmasına səbəb olan Gülüstan müqaviləsinin 200 illiyi qeyd olunmalı və beynəlxalq birlikdən buna münasibət bildirilməsi istənilməlidir: “Rusiya isə tarixi səhvini düzəltmək əvəzinə, bizim ərazilərdə Ermənistan yaradıb, bu azmış kimi Qarabağ və ətraf rayonları işğal edərək, ermənilərə verib. İndi isə erməniləri silahlandırır”.

S. Rüstəmxanlı Gülüstan müqaviləsi ilə bağlı bu ilin oktyabrında beynəlxalq forumun keçiriləcəyini də vurğulayıb.

Konfransda DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli, Xəzər Emin və digərləri də çıxış ediblər. Tədbirdə DAK-ın BMT baş katibi Pan Gi Mun, ABŞ prezidenti Barak Obama, Gürcüstanın baş naziri Bidzina İvanişvili və dünya ictimaiyyətinə müraciəti, Urmiya gölündəki ekoloji fəlakətlə bağlı bəyanatı da diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR