Peru yeni prezident Keyko Fuximorinin rəhbərliyi ilə ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.
Rubio bildirib ki, ABŞ yeni Fuximori hökuməti ilə əməkdaşlığa və yarımkürənin transmillli və regional təhdidlərdən qorunması istiqamətində səylərin əlaqələndirilməsinə böyük ümid bəsləyir.
O, Perunun NATO-dan kənar mühüm müttəfiq statusunda “Amerika Qalxanı”na qoşulmasını alqışlayıb.
ABŞ dövlət katibi həmçinin Çinin Cənubi Amerikadakı təsirini tənqid edib və region ölkələrinin tərəfdaşlarını seçməkdə suveren hüquqa malik olduğunu bildirib. Bununla belə, bu seçimlərin şəffaf şəraitdə və ictimaiyyət üçün açıq şəkildə həyata keçirilməsini istəyib.
Qeyd edək ki, “Amerika Qalxanı” ABŞ və bir sıra Latın Amerikası ölkələrinin narkokartellərlə mübarizə və birgə hərbi əməliyyatlar həyata keçirməsini nəzərdə tutan alyansdır.