Azərbaycanda rayon Polis Şöbəsində yanğın olub

Azərbaycanda rayon Polis Şöbəsində yanğın olub
# 04 aprel 2013 07:21 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə ötən gecə Balakən rayon Polis Şöbəsinin iki mərtəbədən ibarət, ümumi sahəsi 980 kv/m olan inzibati binanın ikinci mərtəbəsində əməliyyat işləri üzrə rəis müavininə məxsus sahəsi 36 kv/m olan otaqda baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Yanğın nəticəsində rəis müavininə məxsus otaqda əşyaların və bəzi sənədlərin yandığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Yanğından Mühafizə Hissəsindən APA-ya bildirilib ki, polis şöbəsində baş verən yanğın qısa müddət ərzində söndürülüb, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR