Bank Of Baku

Quterreş BMT tribunasında vida çıxışı edib: Heç bir dövlətin tam mənada “super gücə” malik olmadığı aydın görünür

BMT Baş katibi Antonio Quterreş

© APA | BMT Baş katibi Antonio Quterreş

# 22 sentyabr 2026 17:27 (UTC +04:00)

Son hadisələr göstərdi ki, supergüclərin gücü elə də super deyil.

APA xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasında vida çıxışında deyib.

O bildirib ki, son dövrlərdə supergüclərin gücünün məhdud olduğu, heç bir dövlətin tam mənada “super gücə” malik olmadığı daha aydın görünür.

Quterreşin sözlərinə görə, yalnız hərbi güc, texnoloji üstünlük və ya iqtisadi qüdrət təhlükəsizliyi və sabitliyi təmin edə bilməz. Bunun üçün çoxtərəfli, BMT mərkəzli beynəlxalq sistemə ehtiyac var.

O vurğulayıb ki, bu sistemi sıfırdan qurmağa ehtiyac yoxdur: “Bizim artıq BMT Nizamnaməmiz var. Bu haqqında danışdığım ədalətli sistemin onurğa sütunudur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR