Paşha Bank
Bank Of Baku

Rubio: Zelenski, ilk növbədə, münaqişənin həlli yollarını tapmağa diqqət yetirməlidir

Rubio: Zelenski, ilk növbədə, münaqişənin həlli yollarını tapmağa diqqət yetirməlidir
# 19 oktyabr 2026 09:54 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski, ilk növbədə, münaqişənin həlli yollarını tapmağa diqqət yetirməlidir.

APA xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə bildirib.

"Onun diqqət yetirməli olduğu və bizim özümüzün diqqət yetirmək istədiyimiz şey bu müharibəyə son qoymaqdır. O, məhz buna diqqət yetirməlidir. Biz hamının buna diqqət yetirməsini istərdik", Rubio deyib.

ABŞ Dövlət Katibi Zelenskinin ABŞ-ın Kiyevə bəzi kəşfiyyat məlumatlarının ötürülməsini dayandırdığına dair iddialarına münasibət bildirmək niyyətində olmadığını deyib.

Dövlət Katibi qeyd edib ki, Zelenskinin bu məlumatı haradan aldığını bilmir və jurnalistlərə şəxsən ondan soruşmağı məsləhət görüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR