Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb

Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb
# 15 iyul 2016 15:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 6-16 iyul tarixlərində Honq Konq da keçirilən məktəblilərin 57-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı şagirdlər 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 109 ölkədən 602 məktəblinin iştirak etdiyi olimpiadada şagirdlərə hər gün 3 sual olmaqla 6 sual təqdim olunub. Hər 3 sual üçün 4 saat 30 dəqiqə vaxt verilib. Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmməd Şirinov olimpiadanın bürünc medalına layiq görülüb. Həvəsləndirici sertifikat alan 4 şagirddən biri Ramil Cəbiyev həmin liseyin 8-ci sinif şagirdidir. Digər üç sertifikatın sahibləri olan Anar Hüseynov, Mirəli Əhmədli və Tahir Nadirov isə Gəncə və Quba məktəbliləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR