Azərbaycanın Dövlət Radiotezliklər İdarəsi 445 akt tərtib edib

Azərbaycanın Dövlət Radiotezliklər İdarəsi 445 akt tərtib edib
# 04 sentyabr 2014 13:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) istismar olunan radioelektron vasitələrlə bağlı bu ilin 8 ayı ərzində görülən işlər barədə məlumat yayıb.

APA-Economics”in “DRİ”yə istinadən verdiyi məlumata görə, radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və Efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən 2014-cü ilin 8 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən, təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 445 akt tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı DRİ-də qeydiyyatdan keçməyən 224 ədəd müxtəlif növ REV aşkarlanıb.

Onlardan 106 ədədi möhürlənib, 107 ədədi qeydiyyata salınıb və 11 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 17 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR