Abid Şərifov: “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri su təminatı layihələrindən kənarda qalıb”

Abid Şərifov: “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri su təminatı layihələrindən kənarda qalıb”
# 12 aprel 2013 08:18 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA. “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində həmin ərazilər ölkədə həyata keçirilən su təminatı layihələrindən kənarda qalıb”. APA-nın məlumatına görə, bunu Azərbaycanın baş nazirinin müavini Abid Şərifov bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Su Texnologiyaları Forumunda çıxışında bildirib.


O vurğulayıb ki, BMT-nin və digər beynəlxalq qurumların qətnamə, qərar və digər sənədlərinə əhəmiyyət verməyən, 1 milyon nəfərin qaçqın düşməsinə səbəb olmuş, Azərbaycan torpaqlarının 20%-ni işğal edən və Azərbaycanda əhaliyə qarşı dəfələrlə soyqırım törədən, işğalçı siyasətini davam etdirən Ermənistana beynəlxalq təşkilatlar tərəfindən heç bir təsir göstərilmir: «Təəssüflər olsun ki, Dağlıq Qarabağ problemi həll olunmadan qalır».

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR