“Azərsu” əməkdaşları növbəti qanvermə aksiyasında iştirak ediblər - FOTO

“Azərsu” əməkdaşları növbəti qanvermə aksiyasında iştirak ediblər - <span style="color: red;">FOTO
# 05 may 2015 13:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC-nin əməkdaşları növbəti qanvermə aksiyasında yaxından iştirak ediblər.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, tədbirin yüksək səviyyədə təşkili məqsədilə qan vermək istəyində olanların siyahısı tutulub, tibb işçilərinin normal fəaliyyətini təmin etmək məqsədilə lazımi şərait yaradılıb.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib.

Ümumilikdə aksiyada “Azərsu” ASC-nin İdarə Aparatının 100-dən çox əməkdaşı iştirak edib. Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırılıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd edib.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada yoxlanıldıqdan sonra irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq. Növbəti günlərdə “Azərsu”nun yerli idarə və müəssisələrində də qanvermə aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə genişmiqyaslı qanvermə aksiyaları keçirilir. Bu xeyirxah təşəbbüsə qoşulan Heydər Əliyev Fondu Azərbaycanda qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədilə mühüm layihələr həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR