Sabah Bakıda yağış yağacaq - VİDEO

Sabah Bakıda yağış yağacaq - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2014 10:55 (UTC +04:00)

Gündüz cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 16-18, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 27-də əsasən şimal və şərq rayonlarında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR