Ötən ay Azərbaycan ərazisində 1469 partlamamış hərbi sursat və 8 tank əleyhinə mina zərərsizləşdirilib

Ötən ay Azərbaycan ərazisində 1469 partlamamış hərbi sursat və 8 tank əleyhinə mina zərərsizləşdirilib
# 07 fevral 2013 11:52 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Əməliyyatlar zamanı 1469 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək 216 585 066 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 677 639 olub.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR