Biləsuvar sakini həmkəndlisini güllələyib

Biləsuvar sakini həmkəndlisini güllələyib
# 02 oktyabr 2015 09:54 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 1-də Biləsuvar rayonunun Aranlı kəndindəki otlaq sahəsində kənd sakini Şahəli İbayev tüfənglə ehtiyatsız davrandığından atəş açılıb və nəticədə həmkəndlisi Elvin Xudaverdiyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Ş.İbayev könüllü olaraq Biləsuvar Rayon Polis Şöbəsinə gəlib və “İJ-58” markalı ov tüfəngini təhvil verib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR