ABŞ prezidenti Donald Tramp Silahlı Qüvvələrin sentyabrın 1-nə keçən gecə Hörmüz boğazında 28 gəmini məhv etdiyini açıqlayıb.
APA xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ hazırda Hörmüz boğazına nəzarət edir.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Hazırda Hörmüz boğazına nəzarət edirik. Ötən gecə 28 qayıq, 28 gəmi məhv etdik. Biz boğaza nəzarət edirik, onlar heç nə əldə edə bilmirlər”, –Tramp bildirib.