Azərbaycan yığması FİFA reytinqində 13 xal itirib

Azərbaycan yığması FİFA reytinqində 13 xal itirib
# 27 mart 2013 09:37 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsində Portuqaliyaya uduzmaqla (0:2) FİFA reytinqində 13 xal itirib. Apasport.az saytının məlumatına görə, dünən Bakıda baş tutan oyunadək hesabında 289 xal olan komandamızın göstəricisi 276-ya enib.

Ümumilikdə isə son 2 seçmə oyunu yığmamız üçün mənfi nəticələnib. Ayın əvvəlində 286 xalı olan komandamız Lüksemburqdakı qolsuz heç-heçə sayəsində artıma nail olmuşdu. Lakin 289-a qalxan millimizin reytinqi cəmi 4 gün sonra 276-ya endi.

Bununla, martın 26-da yığmamızın qapısına vurulan 2 cavabsız qol “-13”ə səbəb oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR