UNESCO-nun sabiq baş direktoru Bakıya gələcək

UNESCO-nun sabiq baş direktoru Bakıya gələcək
# 29 mart 2013 07:52 (UTC +04:00)

Bakı - APA. UNESCO-nun sabiq baş direktoru Federiko Mayor Zaragoza Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin dəvəti ilə mərkəzin Qəyyumlar Şurasının üzvü olub.

Mərkəzdən APA-ya verilən məlumata görə, Federiko Mayor Zaragoza Şuranın mayın 4-5-də keçiriləcək ali toplantısında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşkil etdiyi “Cənubi Qafqaz Forumu”nda iştirak edərək əsas plenar sessiyaya rəhbərlik edəcək.


O, cavab məktubunda UNESCO-nun rəhbəri olduğu dövrdə Azərbaycan prezidenti Heydər Əliyevlə yaranmış xüsusi dost münasibətləri, Azərbaycanın dünya mədəniyyətində oynadığı əhəmiyyətli rolu, son dövrlərdə Azərbaycanın UNESCO-nun fəaliyyətində, mədəni və tarixi irsin qorunmasında, beynəlxalq layihələrdəki əhəmiyyətli fəaliyyətini vurğulayaraq yenidən bu ölkəyə səfər etmək imkanının olmasından məmnunluğunu vurğulayıb.

Qeyd edək ki, Federiko Mayor Zaragoza 1978-1987-ci illərdə UNESCO-nun direktor müavini, 1987-1999-cu illərdə rəhbəri olaraq dünya mədəniyyətində aparıcı simalardan biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR