Qardabanidə etiraz aksiyası keçirilib - FOTO

Qardabanidə etiraz aksiyası keçirilib  - <span style="color: red;">FOTO
# 18 mart 2013 07:36 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Martın 17-də azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Qardabani şəhərinin Mədəniyyət Evinin qarşısında etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada iştirak edən 150-dən çox gürcü və azərbaycanlı sakinlər yeni hökumətdən torpaq problemini tezliklə həll etməyi və bu məsələyə biganə yanaşan rayon icra hakimiyyəti rəhbərliyinin dəyişdirilməsini tələb ediblər.

Aksiya “Gürcü Arzusu” Partiyasının rayon təşkilatının təşkilatçılığı ilə baş tutub. Partiyanın rayon təşkilatının sədr müavini Telman Həsənov APA-ya açıqlamasında Qardabanidə azərbaycanlıların, eləcə də gürcülərin problemlərinin həll olunmadığını, əhalinin 60%-nin torpaqsız qaldığını vurğulayıb: “Altı aydır seçkilərdə “Gürcü Arzusu” qələbə qazanıb. Lakin Qardabani raon icra hakimiyyətində yenə də Saakaşvili komandasının üzvləri çalışır. Onlar isə istər azərbaycanlı, istərsə də gürcüləri narahat edən problemləri həll etməyə səy göstərmirlər. Biz tezliklə torpaqlarımızın özümüzə qaytarılmasını və rayon icra hakimiyyətinə və yerli özünüidarəetmə strukturlarına yeni rəhbərlər təyin olunmasını tələb edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR