Slovakiya Qarabağ münaqişəsinin nizamlama prosesinin bərpa olunmasını istəyir

Slovakiya Qarabağ münaqişəsinin nizamlama prosesinin bərpa olunmasını istəyir
# 11 aprel 2013 10:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər iqtisadi münasibətlərin səviyyəsinin siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini bildiriblər.

M.Layçak isə qeyd edib ki, bu, son üç ildə Azərbaycana dördüncü səfəridir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”. Slovakiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış gərgin vəziyyətdən narahat olduqlarını söyləyib: “Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik, amma nizamlama prosesinin bərpa olunmasını da istəyirik ki, vətəndaşlar nəticələrini də görsünlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR