İranda 1 nəfər əhalinin gözü qarşısında edam edilib

İranda 1 nəfər əhalinin gözü qarşısında edam edilib
# 15 fevral 2013 12:43 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın Şiraz şəhərində 1 nəfər əhalinin gözü qarşısında edam edilib.

APA-nın məlumatına görə, 29 yaşlı məhbus bir neçə qadına təcavüz etməkdə təqsirləndirilib.

Yerli məhkəmənin çıxardığı ölüm hökmü İranın Ali Şurası tərəfindən təsdiq ediləndən sonra dünən səhər saatlarında Şirazın “Qaz” meydanında icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR