Zeynal Nağdəliyev: “İcra hakimiyyətlərinin başçıları prezidentin iradlarından öz dərsini götürüb”

Zeynal Nağdəliyev: “İcra hakimiyyətlərinin başçıları prezidentin iradlarından öz dərsini götürüb”
# 06 may 2013 10:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev verib.

O, artıq bu məsələ ilə bağlı narahatlıqların azalmaqda olduğunu deyib: “Hamı bu iradlardan öz dərsini götürüb. İstər mətbuatda, istərsə də yerlərdən hər hansı narahatçılıq doğuran məqam ortaya çıxarsa, biz dərhal onun həllinə çalışırıq. Nazirlərin və hökumətin digər yüksək vəzifəli şəxslərinin bölgələrdə vətəndaşları qəbul etməsi, onların problemlərinin yerində həlli müsbət nəticələrini verir. Artıq hər kəs də görür ki, problemlərin çoxu yerində həll olunur”.

Zeynal Nağdəliyev müxalifətin regionlarda keçirdiyi görüşlərə icazə verilməməsi haqqında məlumatı olmadığını bildirib: “Bu barədə məlumatlı deyiləm. Bu, absurd və əsası olmayan informasiyadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR