Ucar sakini qaçırdığı maşın ilə qəza törədib

Ucar sakini qaçırdığı maşın ilə qəza törədib
# 25 iyun 2016 19:05 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucar sakini qaçırdığı maşın ilə yol-nəqliyyat hadisəsi törədib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon sakini Anar Həsənovun deməsinə görə küçədə saxladığı 10 NJ 847 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik maşınını qonşusu Ramil Şamil oğlu Həsənov qaçırıb.

R. Həsənov qaçırdığı maşının sahibinin 11 yaşlı oğlunu da yolda maşına mindirib.

Qazax istiqamətində yolun əks tərəfi ilə hərəkətdə olarkən xarici vətəndaşlara məxsus 2 minik maşını ilə toqquşub. Nəticədə, maşının sahibinin oğlu 2005-ci il təvəllüdlü Hüseyin Anar oğlu Həsənov xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR