Afinada ultrasağların ofisi partladılıb

Afinada ultrasağların ofisi partladılıb
# 14 fevral 2013 01:49 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın ultrasağ «Qızıl şəfəq» partiyasının Afinadakı ofisi qarşısında əldəqayırma partlayıcı qurğu işə düşüb. Bu barədə polis məlumat verib.

Məlumata əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb. Partlayış binaya ziyan vurub. Bir gün əvvəl partiyanın Larisa şəhərindəki ofisinə də analoji hücum edilib.

Hücuma görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR