Dövlət Xidmətinin rəisi: "Azərbaycanda əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur"

Dövlət Xidmətinin rəisi: "Azərbaycanda əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur"
# 13 mart 2015 10:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanda istehlak bazarında təqdim olunan əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur.

APA-Economics”in məlumatına görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

Z. İsayevin sözlərinə görə, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması ilə bağlı fevral ayının 21-dən etibarən istehlak bazarında həyata keçirilən intensiv nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidmətinin rəisi bildirib ki, aparılan monitorinqlər göstərir ki, bu gün əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur və qiymətlər stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR