Şəkidə ev yanıb

Şəkidə ev yanıb
# 25 mart 2013 07:02 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Yanğından Mühafizə Hissəsindən Bu APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri Qəzənfər Musabəyev küçəsində Kərimov Elsevər Xanlar oğluna məxsus, ümumi sahəsi 120 kv/m olan, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə qeydə alınıb.

Hadisə yerinə FHN-nin Şəki rayon YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları, 1 otağının tavanı 18 kv/m sahədə və otaqda olan ev əşyaları yanaraq yararsız hala düşüb.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR