Gürcüstan və Türkiyə birgə hərbi təlimlərin keçirilməsi məsələsini müzakirə ediblər

Gürcüstan və Türkiyə birgə hərbi təlimlərin keçirilməsi məsələsini müzakirə ediblər
# 16 fevral 2013 18:17 (UTC +04:00)

Bakı-APA. Fevralın 16-da Ankarada Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisi, ordu generalı Necət Özəl arasında baş tutmuş görüşdə birgə hərbi təlimlərin keçirilməsi məsələsi müzakirə olunub. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan müdafiə nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə iki qonşu dövlətlərin hərbi-strateji tərəfdaşlıqla bağlı məsələlər əsas mövzu olub. Görüşdə əməkdaşlığın perspektivləri və birgə hərbi təlimlərin keçirilməsi müzakirə olunub.

Bundan əlavə, Gürcüstan nümayəndə heyətinin üzvləri bu gün Türkiyə müdafiə sənayesinin nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.

Səfər çərçivəsində İrakli Alasaniya və nümayəndə heyətinin üzvləri Türkiyə parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbərliyi ilə də görüşüb.

Görüşdə hərbi əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərinə toxunulub. Türkiyə tərəfi Gürcüstanın NATO-ya üzv olmaq niyyətini dəstəklədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR