İranın Hörmüzqan vilayətində sakinlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub - FOTOSESSİYA

İranın Hörmüzqan vilayətində sakinlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub - <span style="color: red;">FOTOSESSİYA
# 27 aprel 2013 15:39 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Hörmüzqan vilayətində yerli sakinlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. APA-nın Almaniyanın “Deutsche Welle” teleradiosunun fars redaksiyasına istinadən məlumatına görə, Bestək şəhərlərində baş vermiş hadisəyə səbəb inzibati ərazi bölgüsünün dəyişdirilməsi ilə bağlı problem olub.

İran Məsləhət Şurasının katibi, ölkə prezidentliyinə namizəd Möhsün Rzayiyə bağlı olduğu ehtimal edilən “Tabnak” saytının yazdığına görə, son günlərdə yerli sakinlər məsələ ilə bağlı Kuxərd və Bestək şəhər bələdiyyələrin binalarının qarşısına toplaşaraq öz etirazlarını bildiriblər. Ancaq onları etirazı heç bir nəticə verməyib. Müraciətlərinin cavabsız qaldığını görən sakinlər Bestək-Bəndər Lənge avtomobil yolunu bağlamaqla öz etirazlarını bildirməyə çalışıblar. İran təhlükəsizlik qüvvələri isə yolu açmaq üçün onları ərazidən uzaqlaşdırmağa çalışıb. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Sakinlər İran təhlükəsizlik qüvvələrinə daşlarla hücum ediblər, onlarla məxsus motosikletlərə od vurublar. Mağazalara və avtomobillərə ziyan dəyib. Hadisə nəticəsində hər iki tərəfdən də onlarla adam yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR