Bank Of Baku

Lənkəranda mənzildə partlayış olub

Lənkəranda mənzildə partlayış olub
# 16 mart 2019 00:14 (UTC +04:00)

Lənkəranda 5 mərtəbəli binada partlayış olub.

ONA-nın cənub bürosunun məlumatına görə, partlayış şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Hadisə nəticəsində Z.Əliyeva küçəsi, ev 78/3, mənzil 11 ünvanında kirayə qalan 1997-ci il təvəllüdlü Xəlilzadə Cəmil Əliməmməd oğlu müxtəlif xəsarətlər alıb. O dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Xəlilzadəyə hər iki əlinin, sifət və boyun nahiyəsinin 1-ci və 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyulub.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Qeyd edək ki, Masallı rayon Zuvand kənd sakini olan C.Xəlilzadə LDU-nun tələbəsidir.

Tural Kərimov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR