Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri İrana səfər edəcək

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri İrana səfər edəcək
# 28 aprel 2013 19:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İrana səfər edəcək.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, aprelin 29-a planlaşdırılan səfərdə R. Mehdiyevin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşəcəyi bildirilib.

Görüşdə iki ölkə arasında əlaqələrin, regional və beynəlxalq münasibətlərin genişləndirilməsi kimi məsələlərin müzakirə ediləcəyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR