Azərbaycan fond bazarında brokerlərin iyun ayı üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin iyun ayı üçün renkinqi
# 05 iyul 2016 14:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin iyun ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 19 mln. 287 min 314,72 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 18 mln. 210,651 min manat olan broker xidmətləri göstərmiş "Unicapital İnvestisiya Şirkəti" ASC tutub. Renkinqdə üçüncü yerdə 7 mln. 936 min 590,88 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 329 min 781,92 manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

Brokerlərin iyun ayı üçün renkinqi:

2016-cı il İyun ayı üzrə BFB-nin DQK və KQK bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

1

“Paşa Kapital İnvestisiya Şirkəti” QSC

19,287,314.72

2

4

"Unicapital İnvestisiya Şirkəti" ASC

18,210,650.89

3

2

"AzFinance İnvestisiya Şirkəti" QSC

7,936,590.88

4

3

"Kapital Menecment İnvestisiya Şirkəti" ASC

329,781.92

Qeyd: DQK – dövlət qiymətli kağızlar; KQK – korporativ qiymətli kağızlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR