Azərbaycan və İsrail əlillərin məşğulluğu sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İsrail əlillərin məşğulluğu sahəsində əməkdaşlığı müzakirə edib
# 15 iyul 2016 14:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kənd təsərrüfatı sahələri üzrə layihələr icra edən “Aqro-Biznes” MMC-nin (İsrail) nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə məqsəd “Aqro-Biznes” MMC-nin təşəbbüsünə əsasən əlilliyi şəxslərin şirkətin ölkəmizdə həyata keçirdiyi aqrar layihələrin icrası işlərində məşğulluğunun təminatı ilə bağlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi olub.

Nazirliyin aparatının rəhbəri Əjdər Cəbiyev respublikamızda əlillərlə bağlı mühüm sosial proqramların icra edildiyini, bu təbəqədən olan insanların sosial reabilitasiyasına şərait yaradılması üçün məqsədyönlü işlərin görüldüyünü bildirib. Ə.Cəbiyev əlillərin cəmiyyətə inteqrasiyasında əsas amillərdən birinin də onların potensial imkanlarına uyğun şəkildə məşğulluğunun təminatı olduğunu qeyd edib. O, nazirlik tərəfindən inkluziv əmək bazarının inkişafı, əlillərin əmək bazarına çıxış imkanlarının artırılması, onlar üçün həyata keçirilən aktiv məşğulluq proqramları barədə məlumat verib. Aparat rəhbəri “Aqro-Biznes” MMC tərəfindən ölkəmizdə icra olunan aqraryönümlü layihələrin icrasında əlilliyi olan şəxslərin də işlə təminatı ilə bağlı şirkət tərəfindən irəli sürülən təşəbbüsün təqdirəlayiq olduğunu, əlilliyi olan şəxslərin məşğulluğunun təminatına yönələn hər bir işdə nazirlik tərəfindən müvafiq dəstəyin verilə biləcəyini bildirib.

“Aqro-Biznes” MMC-nin nümayəndəsi Emad Rızkalla təmsil etdiyi qurumun kənd təsərrüfatı üzrə layihələrindən birinin də müasir istixana komplekslərinin quraşdırılması olduğunu qeyd edib. O bildirib ki, bu işlərdə avtomatlaşdırılmış mexanizmlərdən istifadə edilməsi həmin işlərin əlillər tərəfindən yerinə yetirilməsinə imkan verir. İlkin mərhələdə isə əlilliyi olan şəxslərə müvafiq təlimlərin keçilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR