Malidə silahlılar hoteldə girov götürdükləri şəxslərdən bir neçəsini azad ediblər

Malidə silahlılar hoteldə girov götürdükləri şəxslərdən bir neçəsini azad ediblər
# 20 noyabr 2015 11:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Malinin paytaxtı Bomako şəhərində “Radisson” otelində 170 nəfəri girov saxlayan silahlı şəxslər onların bir hissəsini azad ediblər. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, onların əksəriyyəti “Quran”dan sitat gətirə bilən insanlar olub.

Qeyd edilir ki, hücum zamanı terrorçular İslam dininə məxsus şüarlarla qışqırıblar. Otelin təhlükəsizlik xidmətinin azı 2 əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, sayı 10-a yaxın olduğu deyilən silahlı şəxslər 140-ı qonaq və 30-u otel əməkdaşı olan 170 nəfəri “Radisson” otelində girov götürüb. Hüquq-mühafizə orqanı əməkdaşları ilə terrorçular arasında atışma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR