Lvovda prezident iqamətgahı satışa çıxarılıb

Lvovda prezident iqamətgahı satışa çıxarılıb
# 10 sentyabr 2014 17:40 (UTC +04:00)

Bakı-APA. Lvov şəhərində Ukrayna prezidentinin iqamətgahı satışa çıxarılıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, iqamətgahın ilkin qiyməti 10-17 milyon qrivna arasındadır.

Qeyd edək ki, sentyabrın 9-da Lvov vilayət Şurası Qlinka küçəsi, 12 ünvanında yerləşən prezident iqamətgahının satışı barədə qərar qəbul edib. Qərarın lehinə 68 deputat səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR