İltimas Məmmədov Beynəlxalq Rabitə Akademiyasının fəxri üzvü seçilib

İltimas Məmmədov Beynəlxalq Rabitə Akademiyasının fəxri üzvü seçilib
# 18 sentyabr 2014 13:35 (UTC +04:00)

Bakı. Aynur Əliyeva-APA-Economics. Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Nazirliyin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov və Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov Beynəlxalq Rabitə Akademiyasının (BRA) Prezidiumunun qərarına əsasən akademik fəxri adına layiq görülüblər.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, akademiyanın fəxri üzvü adına BRA-nın inkişafına əhəmiyyətli töhfə vermiş şəxslər layiq görülürlər. Akademiklər BRA-nın tədbirlərində, layihə və proqramlarının hazırlanmasında iştirak edə, Akademiyanın elmi, informasiya və metodiki tədqiqatlarından istifadə edə bilərlər. Bundan başqa, akademiklər öz növbələrində Akademiyanın qarşısında duran bütün məqsədlərin və məsələlərin həllinə dəstək olmalıdırlar.

Qeyd edək ki, Beynəlxalq Rabitə Akademiyasının qərargahı Moskva şəhərində yerləşir.

Akademiyanın 30 ölkəni təmsil edən min nəfər həqiqi üzvü vardır. Akademiyanın Rusiyanın ayrı-ayrı bölgələrində, həmçinin müxtəlif ölkələrdə bölmələri fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR