Kürdəmirdə maşın dərəyə aşıb, 3 nəfər ağır xəsarət alıb - VİDEO

Kürdəmirdə maşın dərəyə aşıb, 3 nəfər ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 04 dekabr 2014 12:48 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 14:00 radələrində yolun 64-cü kilometrliyində qeydə alınıb.

Qorxmaz Musayevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili Kürdəmir istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü Qorxmaz Musayev və avtomobildə olan sərnişinlər Ayşən Musayeva və Əlizamin Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR