Qvatemalada yer sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb, 450 nəfər itkin düşüb

Qvatemalada yer sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb, 450 nəfər itkin düşüb
# 03 oktyabr 2015 18:23 (UTC +04:00)

Bakı-APA. Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş yer sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb, daha 450 nəfər itkin düşmüş hesab olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yer sürüşməsi qəsəbənin “Kabray-2” rayonunu tamamilə dağıdıb.

Ölənlər arasında 5 uşağın olduğu bildirilir, müxtəlif xəsarətlər almış 36 nəfər xəstəxanalara yerləşdirilib.

Təbii fəlakətə səbəb intensiv leysan yağışları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR