Səudiyyə Ərəbistanında avtobus qəzaya uğrayıb, 13 zəvvar ölüb

Səudiyyə Ərəbistanında avtobus qəzaya uğrayıb, 13 zəvvar ölüb
# 03 iyul 2016 17:11 (UTC +04:00)

Bakı-APA. İyulun 2-də axşam saatlarında Səudiyyə Ərəbistanında zəvvarların olduğu avtobus qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının “Sabak” portalı məlumat yayıb.

Zəvvarlar ümrədən, Məkkədə müqəddəs yerləri ziyarət etməkdən (kiçik həcc) qayıdırmış. Qəza Ər-Riyad və Et-Taif şəhərləri arasındakı magistralda baş verib. Qəza nəticəsində 13 nəfər ölüb, 36 nəfər xəsarət alıb. Səudiyyə polisinin ilkin ehtimalına görə, qəza avtobusun ön təkərinin partlaması nəticəsində baş verib. Ancaq “Sabak” portalının əldə etdiyi məlumata görə, Məkkədən geri qayıdan avtobusun sürücüsü avtobusu idarə etməyi gənc oğluna etibar edib. Gəncin idarə etdiyi avtobus bir neçə kilometr yol getdikdən sonra qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR