Sumqayıtda rok festivalı keçiriləcək - FOTO

Sumqayıtda rok festivalı keçiriləcək - <span style="color: red;">FOTO
# 30 aprel 2013 09:11 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Rok Festival-gənc rokçulara dəstək” layihəsi çərçivəsində Sumqayıt şəhərində rok festivalı keçiriləcək. APA-nın məlumatına görə, festival Sumqayıt və Bakı şəhərində yaşayan gənc rok ifaçıların iştirakı ilə 19 may tarixində Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutacaq. Rok festivalda ümumilikdə 12 ifaçının iştirakı nəzərdə tutulub

Layihənin icraçısı Eyvaz Qocayevin sözlərinə görə, festivalın məqsədi gənc rok ifaçılarının tanıdılması, onları gələcək fəaliyyətə stimullaşdırmaqdır: “Sumqayıt şəhəri ölkəmizdə rokun məskəni hesab olunur və bir zamanlar çox tanınmış rok qrup və ifaçıları məhz Sumqayıtdan çıxıb. Hazırda da kifayət qədər peşəkar və həvəskar rok ifaçıları vardır ki, festival çərçivəsində onların öz istedadlarını nümayiş etdirməsi üçün şərait yaradılacaq. Rok festivalının keçirilməsini istedadlı gənc rok ifaçıların həvəsləndirilməsi ilə yanaşı həm də roka olan marağın artırılması baxımından önəmli hesab edirik.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR