DGK sədri Moldovanın Azərbaycandakı səfiri ilə görüşüb

DGK sədri Moldovanın Azərbaycandakı səfiri ilə görüşüb
# 24 iyun 2016 16:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanla Moldova arasında uğurlu əməkdaşlıq əlaqələri gömrük sahəsində qarşılıqlı münasibətlərin daha da genişləndirilməsini zəruri edir.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu gün komitə sədri Aydın Əliyevlə Moldovanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka ilə keçirilən görüşdə də Azərbaycan Moldova əlaqələrinin inkişaf dinamikası ətraflı müzakirə edilib.

DGk sədri iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və qeyd edib ki, Azərbaycan-Moldova əlaqələrinin perspektivi böyükdür. DGK sədri Azərbaycanla Moldova arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycan gömrük xidmətinin Moldova Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.

G. Leuka Azərbaycanda diplomat kimi fəaliyyətindən məmnunluğunu bildirib, iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmış, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR