Azərbaycanda özəl sənaye müəssisələrində çalışanların aylıq əmək haqqı 15% artıb

Azərbaycanda özəl sənaye müəssisələrində çalışanların aylıq əmək haqqı 15% artıb
# 17 noyabr 2014 11:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 0,6% artaraq 183,3 min nəfər təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı isə 10,3% artaraq 708,2 manata çatıb.

İşçilərin 36,5 mini mədənçıxarma, 91,6 mini emal, 29,7 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,5 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

Əmək haqlarının daha yüksək artımı emal bölməsinin rezin və plastmas məmulatların, içki, poliqrafiya fəaliyyəti, avtomobil və qoşquların, qida məhsullarının, elektrik avadanlıqlarının, kağız və karton istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, sair nəqliyyat vasitələrinin, geyim, tütün məhsullarının, əczaçılıq məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı müəssisələrində müşahidə olunub.

Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 14,9% artaraq 859,3 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR