Aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 200 min dəfədən çox istifadə olunub

Aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 200 min dəfədən çox istifadə olunub
# 08 may 2015 07:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı 151 020 ədəd təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 44 581 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən 14 018 dəfə istifadə olunub. Hər üç e-xidmət son bir ayda da əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub.

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti ötən ilin ortalarından ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi üçün əhalinin istifadəsinə verilib. Bu sistem “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaranmasını şərtləndirib.

Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 212 512 dəfə yararlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR