BVF yanvar ayında qızıl ehtiyatını artıran ölkələrin adını açıqlayıb

BVF yanvar ayında qızıl ehtiyatını artıran ölkələrin adını açıqlayıb
# 26 fevral 2013 09:47 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) yanvar ayında bəzi MDB ölkələrinin qızıl ehtiyatının artdığını bəyan edib.

APA-Economics”in “İTAR-TASS”a istinadən xəbərinə görə, yanvarda Azərbaycan 1 ton, Qazaxıstan və Belarus hərəyə 0,5 ton, Tacikistan 100 kq qızıl alıb.

Türkiyə, Venesuela və bəzi digər ölkələr də ötən ay öz qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıblar.

Qeyd edək ki, son vaxtlar dünya bazarında qızılın qiyməti makroiqtisadi amillərin təsiri nəticəsində aşağı düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR