ABŞ Donbasda vəziyyətin gərginləşəcəyi təqdirdə əlavə vasitələrdən istifadə edəcəyini bildirib

ABŞ  Donbasda vəziyyətin gərginləşəcəyi təqdirdə əlavə vasitələrdən istifadə edəcəyini bildirib
# 05 iyun 2015 04:31 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müavini Ben Rods bildirib.

O həmçinin Vaşinqtonun son iki gün ərzində Ukraynanın şərqində zorakılığın artmasından narahat olduğunu qeyd edib. “Biz təmas xəttindən geri çəkilməli olan ağır hərbi texnikalarının istifadəsi hallarını qeydə alırıq”, deyə Rods vurğulayıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müavini Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirəcəyinə əmin olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR