Georgi Kvirikaşvili: "Türkiyədə tikilən tunel artıq Gürcüstan ilə Türkiyəni birləşdirib"

Georgi Kvirikaşvili: "Türkiyədə tikilən tunel artıq Gürcüstan ilə Türkiyəni birləşdirib"
# 03 aprel 2015 17:15 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Türkiyədə tikilən tunel artıq Gürcüstan ilə Türkiyəni birləşdirib. Biz - Azərbaycanlı həmkarım Ziya Məmmədov, Türkiyənin nəqliyyat naziri ilə birlikdə Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Gürcüstan ilə Türkiyəni birləşdirən tunelin başa çatmasını qeyd edəcəyik. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili bildirib. Onun sözlərinə görə, hazırda tunelin daxilində kommunikasiya işləri, həmçinin elektrik kabellərin quraşdırılması və relslərin yerləşdirilməsi həyata keçirilir: "İşimizin dinamikası çox yaxşıdır. Bizim üçün çox vacibdir ki, çox çətin sahə olan tunelin tikintisi artıq başa çatıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR